İsrail ordusunun tankları axşam saatlarında Livanın cənubunda yerləşən Rmeyş yaşayış məntəqəsinə daxil olub.
Xezerxeber.az xəbər verir ki, təfərrüatlar verilmir.
Bildirilib ki, İsrail hazırda Livanın cənubundakı 5 kəndə hava zərbələri endirir.
Bundan əvvəl “Al Arabiya” telekanalı İsrail ordusunun tanklarının Livanın cənubundakı Rmeiş kəndinə daxil olduğunu bildirib.
Bu arada İsrail ordusu Beyrutun cənubunda yerləşən Haret Horeik və El-Leylaki qəsəbələrinin sakinlərini yaxın saatlarda hava hücumlarına məruz qalacaq bir neçə binanı tərk etməyə çağırıb.
Gözlənilən hücumla bağlı məlumatı “X”də İsrail ordusunun ərəb dilli nümayəndəsi Aviçai Edri yayıb.