Fələstinin HƏMAS qruplaşmasının Livandakı lideri Fateh Şerif Əbu əl-Əmin öldürülüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə qruplaşmanın özü məlumat yayıb.
Bildirilir ki, İsrailin Livana endirdiyi zərbə nəticəsində Əbu əl-Əmin və ailə üzvləri həyatını itirib.
İsrail sentyabrın 28-də Beyruta zərbələr endirib və Hizbullah lideri Şeyx Həsən Nəsrullah öldürülüb. Zərbələr zamanı təşkilatın digər komandirləri, SEPAH-ın vəzifəli şəxsləri, Fələstinin Qurtuluş Xalq Cəbhəsinin üç lideri də ölüb.