Xəzər Xəbər

Almaniya Prezidenti nasistlərin İtaliyada törətdiyi qırğına görə üzr istəyib

Dünya | 13:12 • 30 Sentyabr 2024
Almaniya Prezidenti nasistlərin İtaliyada törətdiyi qırğına görə üzr istəyib

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer 1944-cü ildə nasistlərin İtaliyanın Marzabotto qəsəbəsində 770 nəfəri qətlə yetirməsinə görə üzr istəyib.

Xezerxeber.az xəbər verir ki, Frank-Valter Ştaynmayer Almaniyada səfərdə olan italiyalı həmkarı Sercio Mattarellanın ardınca İtaliyaya səfər edib. O, Bolonyayaya gələrək Marzabotto qətliamının 80-ci ildönümü ilə bağlı keçirilən mərasimdə iştirak edib. Hər iki ölkə prezidenti Monte Sole ərazisində qətlə yetirilənlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub.

“Səksən il əvvəl Monte Soledə baş verənləri sözlə ifadə etmək mümkün deyil. Almaniya Prezidenti kimi ancaq ağrı və utanc hissi keçirirəm. Ölkəm adından üzr istəyirəm”, - deyə Ştaynmayer bildirib.

Bolonya şəhərinin Marzabotto qəsəbəsində baş verənlər İkinci Dünya müharibəsinin son illərində nasistlərin İtaliyada törətdiyi qırğınlardan biridir. 1944-cü il sentyabrın 29-dan oktyabrın 5-dək nasist qoşunları Marzabottoda qadın, uşaq və qocalar da daxil olmaqla 770 dinc sakini qətlə yetirib.

Xəbər lenti