İranın şimalında yerləşən Gilan vilayətinin Rəşt şəhərində saxta spirtli içkilərdən istifadə etməsi nəticəsində 4 nəfər ölüb.
Xezerxeber.az xəbər verir ki, bu barədə İranın Gilan vilayəti Tibb Elmləri Universiteti rektoru Məhəmməd Təqi Aşubi yerli KİV-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölənlər 22-40 yaşları arasında şəxslərdir və etanol və yaxud metanoldan istifadə nəticəsində zəhərlənib.
Aşubi bildirib ki, ümumilikdə, Rəşt şəhərində saxta içkilərdən istifadə nəticəsində 20 nəfər zəhərlənib. Onlardan 6 nəfərinin vəziyyəti ağırdır. 16 nəfərə dializ xidmətləri göstərilib.