Qəzzada son sutkada 9 fələstinli ölüb, 41 nəfər yaralanıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Bununla da indiyə qədər Qəzza zolağında ölənlərin sayı 41 595 nəfərə, yaralananların sayı 96 251 nəfərə çatıb.
Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HƏMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.