Xəzər Xəbər

İsrail Hizbullaha qarşı məhdud əməliyyata hazırlaşır

Dünya | 10:05
İsrail Hizbullaha qarşı məhdud əməliyyata hazırlaşır

İsrail ordusu Livanda "Hizbullah"a qarşı məhdud quru əməliyyatına hazırlaşır.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "ABC News" telekanalı xəbər verib.

Bildirilib ki, İsrail Vaşinqtonun deeskalasiya çağırışlarına məhəl qoymur.

Qeyd edək ki, İsrail Müdafiə Ordusu və İsrail Təhlükəsizlik Orqanları bundan öncə bildiriblər ki, İsrail hava qüvvələrinin (İAF) döyüş təyyarələri Beyrutun Dahiya bölgəsində yaşayış binasının altında yerləşən "Hizbullah" təşkilatının Mərkəzi Qərargahına hədəfli zərbə endirib. Zərbə nəticəsində "Hizbullah" təşkilatının lideri Həsən Nəsrullah və təşkilatın digər komandirləri həlak olublar.

Xəbər lenti

Çox oxunanlar