İsrailin Livana qarşı hücumları nəticəsində ümumilikdə 1030 nəfərin həlak olduğu bildirilir.
Xezerxeber.az xəbər verir ki, Livan hökümətinin yaydığı məlumata görə, “Hizbullah”ın istifadə etdiyi peycerlərin partladılması nəticəsində sentyabrın 17-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 1030 nəfər həlak olub.
Bundan başqa Livanın Səhiyyə Nazirliyi İsrailin zərbələri nəticəsində 195 nəfərin yaralandığını bildirib.
Sentyabrın 28-nə keçən gecə İsrail ordusu Beyrutun cənubunda “Hizbullah” hərəkatının silah anbarlarına hücumlar barədə məlumat verib.
Hücum zamanı Dahiya bölgəsində mülki binalara məqsədyönlü zərbələr endirilib. İsrail ordusu binaların altında “Hizbullah” anbarlarının olduğunu iddia etsə də hərəkat bu bəyanatları təkzib edib.