Xəzər Xəbər

İranın ruhani lideri təhlükəsiz yerə köçürülüb

Dünya | 20:48 • 28 Sentyabr 2024
İranın ruhani lideri təhlükəsiz yerə köçürülüb

İranın ruhani lideri Əli Xamneyi “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın ölümü ilə bağlı iddialar fonunda təhlükəsiz yerə köçürülüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, Xamneyinin olduğu yerdə təhlükəsizlik tədbirləri gücləndirilib. Mənbələr, həmçinin iddia edirlər ki, İran Nəsrullahın ölümü haqqında xəbərlərdən sonra görüləcək tədbirlərlə bağlı “Hizbullah” və regiondakı digər müttəfiqləri ilə əlaqə saxlayır.

Xatırladaq ki, İsrail ordusu Nəsrullahın sentyabrın 27-də Beyruta hava hücumu nəticəsində öldürüldüyünü rəsmən təsdiqləyib.

Aviasiya zərbəsi “Hizbullah” rəhbərliyinin müşavirəyə toplaşdığı zaman endirilib. Müşavirədə Həsən Nəsrullahın da iştirak etdiyi ehtimal olunur. Təşkilatın bunkerlərini dağıtmaq üçün güclü bombalardan istifadə edilib.

Xəbər lenti