Xəzər Xəbər

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 492-yə çatıb

Dünya | 09:44
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 492-yə çatıb

İsrailin Livanın cənub və şərqində məskunlaşan ərazilərə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 492 nəfərə çatıb, 1645 nəfər yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan əvvəl 325 nəfərin öldüyü, 1200 nəfərin yaralandığı bildirilirdi.

Qeyd olunur ki, hava hücumlarının qurbanı 35 uşaq və 58 qadın olub.

Xəbər lenti

Çox oxunanlar