Xəzər Xəbər

Gənclərdə ölümcül dəri xərçəngi nisbətləri sürətlə azalır ARAŞDIRMA

Dünya | 13:13 • 24 Sentyabr 2024
Gənclərdə ölümcül dəri xərçəngi nisbətləri sürətlə azalır

Gənclər arasında xərçəngin artmasına baxmayaraq, xəstəliyin digər bir formasının 50 yaşdan aşağı insanlarda azaldığı aşkarlanıb.

Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, İsveçdə 90 min insanı əhatə edən yeni araşdırmaya görə, gənclərdə ölümcül dəri xərçəngi nisbətləri sürətlə aşağı düşür. Bu, bəzi xəstəliklərin, xüsusən də döş, ağciyər və bağırsaq xəstəliklərinin artması tendensiyasıdır.

Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə, 2019-cu ildə yeni kolorektal xərçəng xəstəliklərinin 20 faizi 1995-ci ildəki 11 faizlə müqayisədə 55 yaşdan kiçik insanlarda olub. İsveçin Karolinska İnstitutunun mütəxəssisləri, əsasən, günəşdən gələn ultrabənövşəyi şüalara həddindən artıq məruz qalma nəticəsində yaranan dəri xərçənginin ən ciddi növü olan melanoma halları ilə bağlı məlumatları təhlil ediblər. Təhlilin nəticələrinə görə, qadınlarda daha çox fərqlər müşahidə olunub. 1990-2022-ci illər arasında həm kişilər, həm də qadınlar üçün məlumatları araşdıran tədqiqatçılar, 2015-ci ildən bəri 50 yaşdan aşağı olanlarda, xüsusən də qadınlarda xərçəng nisbətlərinin əhəmiyyətli dərəcədə azaldığını aşkarlayıblar. Ən böyük dəyişiklik 20-29 və 30-39 yaşlı insanlarda müşahidə olunub. Bu qrupda xəstəliyin tezliyində yüzdə beşə qədər azalma var. Qeyd olunub ki, 40-49 yaş aralığında melanoma nisbətləri 2015-ci ildən stabilləşməyə başlayıb.

Mütəxəssislər azalmaya nəyin səbəb olduğunu dəqiq müəyyənləşdirə bilməsələr də, mümkün səbəblər günəşdən qoruyucu vasitələrdən istifadənin artması, gənclərin əvvəlkindən daha çox qapalı yerlərdə vaxt keçirməsi kimi sadalanıb.

Xəbər lenti

Çox oxunanlar