Sentyabrın 20-də İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun cənub ətrafına hücumu nəticəsində ölənlərin sayı 59 nəfərə çatıb, 68 nəfər yaralanıb.
Xezerxeber.az xəbər verir ki, bu məlumatı mülki müdafiə xidmətindəki mənbəyə istinadla "Al Jadeed" telekanalı yayıb.
Telekanalın məlumatına görə, sentyabrın 22-də aparılan axtarış-xilasetmə əməliyyatları zamanı binaların dağıntıları altından daha bir neçə cəsəd çıxarılıb. Doqquz nəfər hələ də itkin düşmüş sayılır. Ölənlər arasında üç uşağın və yeddi qadının olduğu bildirilir.
Bundan əvvəl “Hizbullah” partiyasının silahlı qanadı Beyrutun cənub ətrafına raket hücumu zamanı 2 hərbi rəhbərin, 14 döyüşçüsünün və komandirinin həlak olduğunu bildirmişdi.
İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, bu gün səhər saatlarından başlayaraq, “Hizbullah”a məxsus daha 150-dən çox obyektə zərbə endirilib.