Litvada ölkənin bütün bələdiyyələrini əhatə edən səfərbərlik sisteminin işini yoxlamaq üçün ən böyük təlim başlayıb.
Xezerxeber.az xəbər verir ki, bunu Litva Nazirlər Kabinetindən bildiriblər. Təlimin məqsədi dövlət səfərbərlik sisteminin vəziyyətini, ölkənin müdafiəsinə hazırlıqla bağlı fəaliyyətləri qiymətləndirmək və kritik vəziyyətdə həyati funksiyaları təmin etməkdir.
Məlumata görə, təlimlərdə minə yaxın dövlət qulluqçusu və vəzifəli şəxs, yerli özünüidarəetmə orqanlarının əməkdaşları və qeyri-hökumət təşkilatlarının könüllüləri iştirak edir. Hökumət dəftərxanası, bütün nazirliklər, səfərbərlik və dövlət təhlükəsizliyi departamentləri, Müdafiə Nazirliyinin Baş qərargahı, ölkənin bütün 60 bələdiyyəsi və digər aidiyyəti strukturlar cəlb olunub.
Təlimin epizodlarından biri Vilnüs və Lentvaris dəmiryol vağzallarında əhalinin təxliyəsinin simulyasiyası olacaq.
Təlimlər sentyabrın 26-dək davam edəcək.