Xəzər Xəbər

İranda 5,2 maqnitudalı zəlzələ

Dünya | 18:08 • 22 Sentyabr 2024
İranda 5,2 maqnitudalı

İranın Cənubi Xorasan ostanında 5,2 maqnitudalı zəlzələ olub.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə İran Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 16.13 radələrində Bocnurd şəhərində qeydə alınan zəlzələnin ocağı 8 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, bu gün səhər İranın Şimali Xorosan ostanında 4,7 və 4,1 maqnitudalı zəlzələ olub. Zəlzələ kiçik dağıntılara yol açıb, 7 nəfər yüngül xəsarət alıb.

Xəbər lenti

Çox oxunanlar