Xəzər Xəbər

İsrail ordusunun Livanın paytaxtına endirdiyi zərbə nəticəsində ölənlərin sayı artıb

Dünya | 18:42 • 21 Sentyabr 2024
İsrail ordusunun Livanın paytaxtına endirdiyi zərbə nəticəsində ölənlərin sayı artıb

İsrail Müdafiə Qüvvələrinin sentyabrın 20-də Beyruta endirdiyi zərbə nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb. Bu barədə sentyabrın 21-də Livan səhiyyə naziri Firas Abyad mətbuat konfransı zamanı məlumat verib.

Bu barədə "Al Jazeera" telekanalı xəbər yayıb.

Abyad ölənlər arasında üç uşaq və yeddi qadının olduğunu bildirib. Uşaqların yaşı dörd, altı və 10 olub.

Onun sözlərinə görə, 68 nəfər xəsarət alıb, onlar 12 xəstəxanaya yerləşdiriliblər. Hazırda 53 yaralı artıq xəstəxanadan çıxarılıb, həkimlərin nəzarəti altında qalan iki nəfərin vəziyyəti isə kritikdir.

Xəbər lenti

Çox oxunanlar