Xəzər Xəbər

Türkiyə ordusu İraqın şimalında 17 terrorçunu məhv edib

Dünya | 17:50
Türkiyə ordusu İraqın şimalında 17 terrorçunu məhv edib

Türkiyə ordusunun İraqın şimalında terrorçulara qarşı hava zərbələri nəticəsində sentyabrın 17-dən 18-dək 17 yaraqlı zərərsizləşdirilib.

Xezerxeber.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, İraqın Qara bölgəsində 8, Qəndil dağı ərazisində 5, Hakurqada isə daha 4 terrorçu məhv edilib.

“Türkiyə ordusu silahlıları öz baza ərazilərində məhv etmək üçün qəfil hücumlar həyata keçirməyə davam edəcək”, - deyə nazirlik vurğulayıb.

Daha öncə Ankara bildirmişdi ki, ilin əvvəlindən Türkiyə ordusu İraqın şimalında və Suriyada 2 mindən çox terrorçunu zərərsizləşdirib.

Xəbər lenti

Çox oxunanlar