Xəzər Xəbər

İrəvanın mərkəzində silahlı qarşıdurma olub

Dünya | 14:54
İrəvanın mərkəzində silahlı qarşıdurma olub

Sentyabrın 19-da axşam saatlarında İrəvanın mərkəzində “Vernisaj”ın yaxınlığında silahlı qarşıdurma baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Belə ki, bir qrup insan əvvəlcə mübahisə ediblər, sonra isə onların arasında dava-dalaş olub. Sonda tərəflər odlu silaha əl atıblar. Polisin müdaxiləsindən sonra tərəflər silahı yerə qoyublar. Bildirilir ki, qarşıdurmada 40-a yaxın şəxs iştirak edib. Onların bəziləri polis idarələrinə aparılıb.

Hələlik yaralanan və xəsarət alanlar barədə məlumat verilmir.

Xəbər lenti

Çox oxunanlar