Livan sakinləri ikinci partlayış dalğasından sonra yenilərinin təkrarlanacağından qorxaraq telefonları və digər rabitə vasitələrini söndürməyə başlayıb.
Xezerxeber.az xəbər verir ki, “The New York Times” qəzetinin məlumatına görə, livanlılar hətta günəş panellərindən, monitorlardan, televizorr və noutbuklardan belə şübhələnir.
Qəzetin qeyd edir ki, rabitə çihazlarının partlaması livanlıların gündəlik həyatını “çaxnaşma və zorakılıq səhnələrinə” çevirib. Kiber hücumlar səhiyyə sistemini ciddi şəkildə iflic edib, xəstəxanalar yaralılarla dolub.
Eyni zamanda, İsrail “Hizbullah” hərəkatı ilə müharibəyə daha ciddi hazırlaşmağa başlayıb. SAXAL diqqətini Qəzza sektorundan bu istiqamətə yönəldir. ABC telekanalı İsrailin Livan ərazisində rabitə vasitələrini partlatmaq üçün əməliyyatı 15 ildir planlaşdırdığını bildirib.