Xəzər Xəbər

ABŞ KXDR-lə əlaqəli Rusiya şirkətlərinə sanksiyalar tətbiq edib

Dünya | 09:01 • 20 Sentyabr 2024
ABŞ KXDR-lə əlaqəli Rusiya şirkətlərinə sanksiyalar tətbiq edib

ABŞ Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə qanunsuz maliyyə sxemlərində iştirak etdikləri üçün Rusiyada və Cənubi Osetiyada yerləşən 5 hüquqi və bir fərdi şəxsə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, ABŞ-nin Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət ofisi həmin qurumları və şəxsi Şimali Koreya ilə Rusiya arasında qanunsuz ödəmə mexanizmləri yaratmaqda ittiham edir. Sanksiyalar siyahısına əlavə edilənlər Rusiya Maliyyə Korporasiyası Bankı, “TSMRBank”, “Stroytreyd LLC”, “Timer Bank”, Cənubi Osetiyadakı “MRB Bank” və “TSMRBank”ın vitse-prezidentidir. ABŞ tərəfi hesab edir ki, bu qurum və şəxslər qanunsuz maliyyə əməliyyatlarını Şimali Koreyanın dövlət şirkətləri olan Xarici Ticarət Bankı və Kvanqson Bankçılıq Korporasiyası ilə birlikdə icra edib. Belə ki, Şimali Koreyanın Xarici Ticarət Bankı və Kvanqson Bankçılıq Korporasiyası üçün “MRB Bank”da açılan hesablar vasitəsilə müxtəlif maliyyə əməliyyatları, o cümlədən Rusiyadan KXDR-ə yanacaq ixracını ödəmək üçün istifadə edilib.

Maliyyə Nazirliyi bəyan edib ki, Moskva BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinə zidd olaraq Pxenyana beynəlxalq bank sisteminə daxil olmağa imkan verib.

Xəbər lenti

Çox oxunanlar