Amerikalı milyarder İlon Mask ABŞ-nin hər yerində senzuranın hökm sürdüyünü bildirib.
Xezerxeber.az xəbər verir ki, o, bu ifadəni “X” sosial şəbəkəsində istifadəçilərdən birinin “ABŞ-nin vitse-prezidenti Kamala Harris hakimiyyətə gələrsə, Kaliforniyada baş verənlər “bütün ABŞ-yə yayıla bilər” fikrinə şərh olaraq yazıb.
Daha əvvəl İlon Mask “X” kompaniyasının baş qərargahının San-Fransiskodan (Kaliforniya ştatı) Texasa köçürülməsini Kaliforniya hakimiyyətinin söz azadlığını boğmaq niyyəti ilə izah etmişdi.
Qeyd edək ki, İlon Mask sentyabrın 13-də yerli hökumətin siyasəti ilə razılaşmadığı üçün “X” kompaniyanın baş ofisini San-Fransiskodan Texasa köçürüb. Amerikalı biznesmen, həmçinin Demokratlar Partiyasının senzuranın qızğın tərəfdarına çevrildiyini söyləyib.