BMT Baş Assambleyası İsrailin Fələstin torpaqlarını azad etməsi ilə bağlı qətnamə qəbul edib.
Xezerxeber.az-ın məlumatına görə, 124 ölkə qətnamənin lehinə, 14 ölkə, o cümlədən ABŞ və İsrail əleyhinə səs verib. 43 ölkə səsvermədə iştirak etməyib.
BMT-nin qətnaməsinin icrası üçün İsrailə 12 aylıq vaxt verilib.
Qətnamə müşahidəçi ölkə statusunda olan Fələstin tərəfindən irəli sürülüb.
Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbasın gələn həftə BMT Baş Assambleyasında çıxışı nəzərdə tutulub.