Xəzər Xəbər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb YENİLƏNİB

Dünya | 20:02 • 17 Sentyabr 2024
Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb

Livanın müxtəlif bölgələrində rabitə qurğularının partlaması nəticəsində 2800 çox insan xəsarət alıb.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

 

Məlumata görə, partlayışlar nəticəsində 8 nəfər ölüb.

18:34

Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə döyüşçü yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, qurğular Livanın cənubunda partlayıb. Məlumata görə, partlayış yarım saat davam edib.

Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.

İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb. Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.

"Hizbullah" mənbələri bunu İsraillə təxminən bir ildir davam edən müharibədə ən ciddi təhlükəsizlik problemi kimi qiymətləndirib.

Beyrutdakı partlayışda İran səfiri Müctəba Əmani də yaralanıb.

Xəbər lenti

Çox oxunanlar