Xəzər Xəbər

Avropa komissarı Terri Breton istefa verdiyini elan edib

Dünya | 13:32 • 16 Sentyabr 2024
Avropa komissarı Terri Breton istefa verdiyini elan edib

Daxili bazar üzrə Avropa komissarı Terri Breton Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin fəaliyyəti ilə razılaşmadığı üçün tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, Breton bu barədə özünün sosial media hesabında yazıb. “Mən artıq öz vəzifəmi yerinə yetirə bilməyəcəyim qənaətinə gəlmişəm”, - deyə o bildirib.

Terri Bretonun sözlərinə görə, bir neçə gün əvvəl Ursula fon der Lyayen Parisdən Avropa Komissiyasının yeni tərkibində onun namizədliyini geri götürməsini istəyib. Siyasətçi bu məsələnin şəxsi səbəblərdən qaynaqlandığını iddia edib. Həmçinin deyib ki, onun əvəzlənməsi sayəsində Fransa Avropa Komissiyasının yeni tərkibində “daha nüfuzlu portfelə” yiyələnməyə ümid bəsləyir.

“Politico” qəzetinin yazdığına görə, bəzi namizədlərin təsdiqi ilə bağlı çətinliklərə baxmayaraq, Lyayen Avropa Komissiyasının yeni çağırışının noyabrın 1-də işə başlamasında israrlıdır. Bir müddət öncə nəşr öz mənbələrinə istinadla Terri Bretonun Avropa Komissiyasının rəhbəri postunda Ursula fon der Lyayenin potensial əvəzləyiciləri arasında olduğunu qeyd etmişdi.

Xəbər lenti

Çox oxunanlar