Bu gün səhər saatlarında Almaniyanın Köln şəhərinin (Şimali Reyn-Vestfaliya federal əyaləti) mərkəzi hissəsində partlayış olub. Hüquq-mühafizə orqanları hadisənin baş verdiyi ərazini bağlayıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə yerli “Kölner Stadt-Anzeiger” nəşri məlumat yayıb.
Köln polisi bildirib ki, insident şəhərin tarixi mərkəzində -Rudolfplats meydanı yaxınlığında baş verib. Hələlik təfərrüatlar məlum deyil.
Amma hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə, hadisə burada narkotik maddələrin ticarəti ilə məşğul olan qruplaşmalar arasındakı ədavətin nəticəsidir.
Hazırda ərazidə polis tərəfindən “böyük əməliyyat” keçirilir.