Xəzər Xəbər

Fransa Ermənistana 29 milyon avro verəcək

Dünya | 10:35 • 16 Sentyabr 2024
Fransa Ermənistana 29 milyon avro verəcək

Fransa Ermənistana 29 milyon avro vəsait ayıracaq.

Xezerxeber.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne İrəvana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir deyib ki, Ermənistan suverenliyini müdafiə etməyə qadir olmalıdır. O həmçinin ölkəsinin rəsmi İrəvanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcəyini, bu amilin regionda vəziyyəti gərginləşdirməyə yönəlmədiyini vurğulayıb. 

Onun sözlərinə görə, bu vəsait Azərbaycan ərazilərini könüllü tərk etmiş ermənilər üçün nəzərdə tutulub.

Qeyd edək ki, İrəvanda Ermənistan və Fransanın xarici işlər nazirləri Ararat Mirzoyan və Stefan Sejurne arasında danışıqlar olub.

Bu barədə yerli KİV Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinə istinadən məlumat yayıb.

Görüş təkbətək formatda keçirilib.

Xəbər lenti

Çox oxunanlar