Xəzər Xəbər

FTB: Tramp sui-qəsd cəhdinin hədəfi olub

Dünya | 09:35 • 16 Sentyabr 2024
FTB: Tramp sui-qəsd cəhdinin hədəfi olub

ABŞ-nin keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Floridada qolf klubu yaxınlığında sui-qəsdə cəhdin hədəfi olub.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) məlumat yayıb.

Qolf klubuna doğru atəş açan Rayan Uesli Raut saxlanılıb. FTB hadisənin motivinin aşkar edilməsi istiqamətində araşdırma aparır. Tramp komandası onun sağ və təhlükəsiz olduğunu açıqlayıb.

Qeyd edək ki, Trampın Floridada yerləşən qolf klubu yaxınlığında atışma baş verib. Atəş zamanı Donalt Tramp klubda olub. Bu son 2 ayda Trampa qarşı ikinci sui-qəsd cəhdidir.

Xəbər lenti