Müəmmalı hadisənin səbəbini çöl ölçmələri, peyk şəkilləri və kompüter modelləşdirməsindən istifadə etməklə müəyyən etmək mümkün olub.
“Science” jurnalında dərc edilən araşdırmada qeyd olunub ki, yerin monoton uğultu ilə müşayiət olunan titrəyişinin səbəbi Qrenlandiyanın şərqində Dikson Fyorduna çökən və sunamiyə səbəb olan dağ zirvəsi olub. Durğun dalğa Fyordun qapalı məkanında sahildən sahilə yellənib.
Tədqiqatlar göstərib ki, bu məsələdə təkanverici amil kimi iqlim dəyişmələri çıxış edib, nəticədə dağın yamacını sabitləşdirən əriyən buzlaq dənizə çöküb.
“Bu, əvvəllər belə uzun müddət ərzində müşahidə olunmayan seysmik siqnal idi. Qlobal istiləşmə əvvəllər heç vaxt görmədiyimiz hadisələrlə üzləşməyimizə gətirib çıxara bilər. Buzla örtülmüş ərazilərdə qlobal istiləşmə təkcə buzların qopmasına və yox olmasına deyil, həm də dağ yamaclarının sabitliyinin pozulmasına gətirib çıxarır. Çox güman ki, Qrenlandiyanın fyordlarında bizi yeni sürüşmələr və sunamilər gözləyir”, - deyə tədqiqatçılar deyir. (AZƏRTAC)