Sentyabrın 13-də Ukrayna ilə Rusiya arasında daha bir məhbus mübadiləsi olub. “Azovstal” müdafiəçiləri də daxil olmaqla 49 hərbi qulluqçunu geri qaytarmaq mümkün olub.
Xezerxeber.az bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin teleqram kanalına istinadla xəbər verir.
“49 ukraynalı kişi və qadın evlərinə qayıdıb. Bunlar Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Milli Polis, Dövlət Sərhəd Xidmətinin döyüşçüləri, eləcə də mülki vətəndaşlarımızdır”, - deyə Zelenski bildirib.
Prezidentin məlumatına görə, “Azovstal”ın müdafiəçilərinin daha bir hissəsini də azad etmək mümkün olub. “Ukrayna Qəhrəmanı, hərbi həkim Viktor İvçuk da evdədir”, - deyə Zelenski əlavə edib.
Ombudsman Dmitri Lubinetsin dediyinə görə, əsirlikdən qayıdanların səhhəti çox ağırdır, çoxları onlarla kiloqram çəki itirib.