Rusiyanın əsirliyindən azad edilən 49 nəfər hərbi qulluqçu və mülki şəxs Ukraynaya gətirilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram” hesabında paylaşım edib.
O qeyd edib ki, ölkəyə qaytarılanların arasında “Azovstal” kombinatının müdafiəsində iştirak edənlər, eləcə də “Ukrayna qəhrəmanı” adına layiq görülən hərbi həkim Viktor İvçuk da var.
Ukrayna lideri onların azad edilməsində xidmətləri olanlara təşəkkür edib.