İsrail Baş naziri Benyamin Netanyahu oktyabrın 7-dən bəri zənglərimi qəbul etməkdən imtina edir.
Xezerxeber.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş ‘Reutersə’ müsahibəsində bildirib.
O qeyd edib ki, “ötən il HAMAS-ın 7 oktyabr terror hücumundan sonra Baş nazir Benyamin Netanyahu ilə danışmayıb, çünki Netanyahu onun zənglərinə cavab vermir və BMT-ni İsrail əleyhinə olmaqda ittiham edir.
“Mən onunla danışmamışam, çünki o, telefon zənglərimə cavab vermir, lakin onunla danışmamaq üçün heç bir səbəbim yoxdur”, - Quterreş vurğulayıb.