Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə keçmiş müavini Alik Mirzabekyan dövlətə dəymiş 500 min dollar məbləğində ziyanı ödəyəcək.
Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan açıqlama verilib.
Bildirilib ki, əldə olunan razılığa əsasən, bu məbləğ qeyri-qanuni yolla əldə olunmuş əmlakın hesabına kompensasiya ediləcək.
Qeyd edək ki, Mirzabekyan bu vəzifəni 2007-2016-cı illərdə tutub.