Şimali Koreya sentyabrın 12-də səhər saatlarında Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
Xezerxeber.az xəbər verir ki, “Yonhap” agentliyi məlumat yayıb. Raketin uçuş detalları açıqlanmayıb.
Yaponiyanın özünümüdafiə qüvvələri raketin dənizdə Yaponiyanın məxsusi iqtisadi zonasından kənarda suya düşdüyünü açıqlayıb.
Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası sonuncu dəfə iyulun 1-də ballistik raket sınağı keçirib.