Xəzər Xəbər

Serbiya və İsrail azad ticarət sazişi imzalayacaq

Dünya | 09:11 • 12 Sentyabr 2024
Serbiya və İsrail azad ticarət sazişi imzalayacaq

Serbiya ilə İsrail arasında yaxın zamanda azad ticarət sazişi imzalanacaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə Belqradda səfərdə olan İsrail Prezidenti İsxak Hersoqla Serbiya Prezidenti Aleksandar Vuçiçin görüşündə bildirilib.

Prezidentlər iki ölkə arasında azad ticarət sazişinin mümkün qədər tez imzalanacağını qeyd ediblər. Aleksandar Vuçiç İsrail ilə ən qısa zamanda azad ticarət sazişi imzalamağın ölkəsi üçün son dərəcə vacib məsələ olduğunu deyib. O, iki ölkə arasında elm və texnologiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın, İsraildən sərmayələrin cəlb olunmasının vacibliyini qeyd edib.

İsxak Hersoq isə vurğulayıb ki, hər iki xalqın mənafeyi naminə azad ticarət sazişi imzalamaq və birgə uğur qazanmaq əsas prioritet təşkil edir.

İsrail Prezidenti səfər çərçivəsində Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçlə də görüşüb.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024