ABŞ Ukraynaya enerji, humanitar yardım və minatəmizləmə sahələri üçün əlavə yardım paketini açıqlayıb.
Xezerxeber.az-ın məlumatına görə, Ukraynaya səfəri zamanı Dövlət katibi Antoni Blinken Ukraynaya dəstəyin artırılması üçün əlavə 700 milyon yardım ediləcəyini elan edib.
Yeni yardım infrastrukturu bərpa etmək və minatəmizləmə əməliyyatlarına dəstək olmaq üçün ayrılır. Yeni paketin 325 milyon dolları enerji yardımına, 290 milyonu humanitar yardımı, 102 milyon dolları isə minatəmizləmə əməliyyatlarına sərf olunacağı bildirilib.