Rusiya Hərbi Dəniz Qüvvələri (HDQ) Sakit və Şimal Buzlu okeanlarda, Aralıq, Xəzər və Baltik dənizlərində planlaşdırılan “Okean-2024” strateji təlimlərinə başlayıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərdə 400-dən çox döyüş gəmisi, sualtı qayıq və təchizat gəmisi iştirak edəcək. Təlimlərin təşkilində məqsəd HDQ-nin yüksək dəqiqlikli silahlar və silahların perspektivli nümunələrinin kompleks tətbiqinə hazırlığın yoxlanmasıdır.
Təlimin birinci mərhələsində qüvvə qruplarının təyin edilmiş döyüş hazırlığı ərazilərində yerləşdirilməsi məsələləri işlənəcək, ikinci mərhələdə strateji hədəflərin və şərti düşmənin qüvvələrinin məhv edilməsi, desant göndərilməsi və dəniz iqtisadi fəaliyyət obyektlərinin qorunmasına dair təlimlər nəzərdə tutulub.
Müdafiə Nazirliyindən, həmçinin bildiriblər ki, Rusiyanın xarici tərəfdaş dövlətləri də “Okean-2024” təlimlərində iştirak etmək üçün dəvət olunublar.