Ukraynalılar müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlar aparılması ideyasını getdikcə daha çox dəstəkləyirlər.
Xezerxeber.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Ukraynalı komandirlərdən biri qəzetə müsahibəsində bildirib ki, həm Ukrayna cəmiyyətində, həm də Qərb ölkələrində münaqişədən yorğunluq var. Ukraynada ictimai rəy sorğuları Moskva ilə danışıqlara dəstəyin “tədricən artdığını” göstərir.
WSJ qeyd edir ki, bir çoxları, xüsusən də gənclər döyüşləri dayandırmaq üçün ölkələrinə sərfəli olmayan olan müqaviləni qəbul etməyə hazırdırlar. Hərbçilər və veteranlar isə “Rusiya ilə hər hansı sövdələşməyə” hələ də skeptik yanaşır, ölkə rəhbərliyini qeyri-məqbul şərtlərlə müqavilə imzalamaqdan çəkinməyə çağırırlar.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda demişdi ki, Moskva Ukrayna üzrə danışıqlardan heç vaxt imtina etməyib. Lakin danışıqlar qeyri-real tələblər əsasında deyil, İstanbulda razılaşdırılmış parametrlər əsasında aparıla bilər.