Xəzər Xəbər

Paşinyan Fransanın yeni baş nazirini İrəvana dəvət etdi

Dünya | 18:20 • 7 Sentyabr 2024
Paşinyan Fransanın yeni baş nazirini İrəvana dəvət etdi

Ermənistanın baş naziri Nikol Paşinyan Mişel Barnyeyə Fransa Respublikasının baş naziri təyin olunması münasibətilə təbrik məktubu göndərib.

Xezerxeber.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan məktubunda Ermənistan-Fransa multidissiplinar gündəliyinin genişləndirilməsinə sadiq olduğunu bildirib.

“Əminəm ki, hökumətlərimiz erməni və fransız xalqlarının çoxəsrlik möhkəm dostluğunun dərinləşdirilməsi və dövlətlərimiz arasında yaradılmış, şəxsən Sizin böyük və simvolik rol oynadığınız xüsusi münasibətlərin inkişafı naminə bundan sonra da sıx əməkdaşlıq edəcəklər”, - o qeyd edib.

Paşinyan Mişel Barnyeni Ermənistana rəsmi səfərə dəvət edib.

“Mən sizin yaxın gələcəkdə Ermənistana rəsmi səfərinizi səbirsizliklə gözləyirəm ki, bu səfər Ermənistan və Fransa arasında inkişaf edən əməkdaşlığın genişləndirilməsi və yeni proqramların müəyyənləşdirilməsi məsələlərini müzakirə etmək üçün əla fürsət olacaqdır”.

Xəbər lenti

Çox oxunanlar