Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı başlayandan bəri Rusiya tərəfinin 6 min əsgəri ölüb və yaralanıb.
Xezerxeber.az xəbər verir ki, Zelenski bu haqda ölkənin müdafiəsi üzrə təmas qrupunun Ramşteyn formatındakı görüşündə deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bu sərhəd bölgəsindən Ukraynaının Sumı vilayətinə yeni hücuma hazırlaşırdı.
“Biz oyunu tərsinə çevirdik və əks-hücumumuz sayəsində müharibəni Rusiya Federasiyasının ərazisinə keçirdik. Bu gün biz Kursk bölgəsində 1300 km²-dən çox əraziyə nəzarət edirik. Bura 100 yaşayış məntəqəsi daxildir”.
Prezidentin sözlərinə görə, bu ərazinin bir hissəsi Ukrayna Silahlı Qüvvələrinin yaxınlaşdığını görəndə “sadəcə qaçan” rus qoşunları tərəfindən tərk edilib, digər hissəsi isə döyüşlər zamanı nəzarətə götürülüb.