Xəzər Xəbər

Zelenski: Ukraynaya çox "F-16" lazımdır

Dünya | 15:45 • 6 Sentyabr 2024
Zelenski: Ukraynaya çox "F-16" lazımdır

Artıq Ukrayna ona verilən "F-16" qırıcılarından istifadə etməyə başlayıb, lakin onların sayı hələ də azdır.

Xezerxeber.az xəbər verir ki, bunu Ukraynaya hərbi yardım üzrə təmas qrupunun (Ramşteyn formatı) iclasında çıxışı zamanı Prezident Volodimir Zelenski deyib.

Onun sözlərinə görə, döyüş təyyarələri Rusiya raketlərini və PUA-larını vurur. “Ancaq onlar azdır, bunu bilirsiniz. Bizə daha güclü "F-16" donanması lazımdır”, - deyə Zelenski görüşün keçirildiyi Almaniyadakı Amerika Ramşteyn aviabazasında çıxış edərkən bildirib.

Xatırladaq ki, avqustun 4-də Ukrayna Prezidenti Qərb müttəfiqləri tərəfindən "F-16" qırıcılararının ilk partiyasını Kiyevə tədarük olunduğunu təsdiqləmişdi. Britaniyanın “The Economist” jurnalının məlumatına görə, Ukrayna 10 belə döyüş maşını alıb və ilin sonuna qədər onların sayı 20-yə çatacaq. Ümumilikdə isə Ukraynaya zamanla 79 ədəd "F-16" verilməsi nəzərdə tutulur.

Xəbər lenti