Böyük Britaniya Ukraynaya 162 milyon funt-sterlinqlik 650 hava hücumundan müdafiə raketi təhvil verəcək.
Xezerxeber.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, Con Gili müdafiə naziri kimi ilk dəfə qatılacağı Ramşteyn görüşündə yardım paketini açıqlayacaq.
Çoxməqsədli “Martlet” raketinin ilk partiyasının bu ilin sonuna qədər çatdırılacağı gözlənilir.