Otuzdan çox ölkə BRICS-ə qoşulmağa və ya onunla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar sessiyasında bildirib.
“BRICS-in yeni üzvləri özünü təmin edən, sürətlə inkişaf edən iqtisadiyyatı, özünəməxsus mədəniyyəti olan ölkələrdir”, - deyə Rusiya lideri vurğulayıb.
O əlavə edib ki, belə ölkələr, şübhəsiz ki, təşkilatın inkişafına müsbət töhfə verəcəklər.