Rusiyanın Çinlə həmsərhəd Amur vilayətinin qubernatoru olan Vasili Orlov beynəlxalq dəmir yolu körpüsünün tikintisi barədə məlumat verib.
O, bu barədə Rusiya KİV-ə danışıb.
"Biz artıq iki ildir ki, bu layihə haqqında danışırıq, bu körpünün tikintisinin mümkünlüyü ilə bağlı dövlətlərarası Rusiya-Çin alt komitəsinin qərarı var. Biz artıq iki ildir ki, bu layihə haqqında danışırıq. Layihə irəliləyir. Biz hökumətlərarası saziş imzalamağa yaxınıq", - deyə Vasili Orlov vurğulayıb.