İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın İsrailə bəzi silah satışlarını dayandırmaq qərarını utancverici adlandırıb.
Xezerxeber.az xəbər verir ki, Baş nazir Britaniyanın bu qərarını səhv adlandırıb: “İsraillə, barbarlıq qarşısında özünü müdafiə edən demokratik bir ölkə ilə birlikdə dayanmaq əvəzinə, Britaniyanın bu səhv qərarı yalnız HƏMAS-ı daha da ruhlandıracaq”,- deyə Baş nazir qeyd edib.
Qeyd edək ki, Britaniyanın xarici işlər naziri Devid Lammi Parlamentin İcmalar Palatasındakı çıxışında Böyük Britaniyanın İsrailə bəzi silahların satışını dayandırdığını açıqlayıb. Nazir təxminən 350 lisenziyadan 30-nun dayandırılacağını açıqlayıb və vurğulayıb ki, bu, ümumi qadağa və ya silah embarqosu deyil.