Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS-ın sammitində iştirakla bağlı Rusiya tərəfinin dəvətini qəbul edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Türkiyə tərəfinə təklif göndərilib, Ərdoğan onu qəbul edib”, – deyə Uşakov qeyd edib.
Qeyd edək ki, sammit oktyabrın 22–24-də Kazanda keçiriləcək.
Bundan əvvəl ABŞ-nin “Bloomberg” informasiya agentliyi məlumat yayıb ki, Türkiyə sentyabrın 2-də BRICS-a qoşulmaq üçün ərizə ilə müraciət edib.