Kamçatkada "Mi-8" helikopterinin qəzaya uğraması nəticəsində ölənlərin hamısının cəsədləri tapılaraq məhkəmə-tibb ekspertizaya təhvil verilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Kamçatka ərazisinin fövqəladə hallar naziri Sergey Lebedev məlumat verib.
“Rusiya Fövqəladə Hallar Nazirliyinin vertolyotu “Vityaz-Aero” aviaşirkətinə məxsus "Mi-8" təyyarəsinin qəzaya uğradığı ərazidən xilasediciləri aparacaq və həlak olanların cəsədləri aşkar edilərək təcili xidmət orqanlarına təhvil verilib. Axtarış-xilasetmə əməliyyatı başa çatıb”, - deyə nazir bildirib.
Qeyd edək ki, təyyarədə 19 sərnişin və üç ekipaj üzvü olub.