Sentyabrın 3-də Kamçatka ərazisində "Mi-8" helikopterinin qəzaya uğraması ilə əlaqədar matəm elan edilib.
Xezerxeber.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vladimir Solodov teleqram kanalında bildirib.
Qeyd edək ki, avqustun 31-də radarlardan itən Mi-8 helikopterinin qalıqları sentyabrın 1-də Kamçatkanın Vaçkajets dağ silsiləsi ərazisində tapılıb. Qəza yerində 18 nəfərin cəsədi tapılıb, hazırda axtarış əməliyyatı davam edir.