BMT-nin Baş katibi Antoniu Quterreş İsrail ordusunun HƏMAS tərəfindən qətlə yetirilən altı girovun meyitini çıxarmasından sonra bütün girovların azad edilməsinə və Qəzzada müharibənin dayandırılmasına çağırıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Quterreş “X” hesabında paylaşım edib.
“Herş Qoldberq-Polin və digər girovların ailə üzvləri, valideynləri ilə görüşümü heç vaxt unutmayacağam. Bu günün faciəvi xəbəri bütün girovların qeyd-şərtsiz azad edilməsi və Qəzzada müharibə kabusuna son qoyulması zərurətinin sarsıdıcı xatırlatmasıdır”, - Quterreş yazıb.