Xəzər Xəbər

Rusiyada helikopterin qəzaya uğradığı yerdən 17 nəfərin meyiti tapılıb YENİLƏNİB

Dünya | 13:38 • 1 Sentyabr 2024
Rusiyada helikopterin qəzaya uğradığı yerdən 17 nəfərin meyiti tapılıb

Rusiyanın Kamçatka yarımadasında avqustun 31-də Vaçkajets vulkanı rayonunda qəzaya uğrayan “Vityaz-Aero” aviaşirkətinə məxsus “Mi-8” helikopterinin parçaları tapılıb.

Xezerxeber.az xəbər verir ki, ilkin məlumatlara görə, helikopterin göyərtəsində olan 22 nəfər, o cümlədən 19 turist və 3 ekipaj üzvü həlak olub. Hadisə yerində 17 cəsəd aşkar edilib.

Helikopterin parçaları 980 metrlik yüksəklikdə tapılıb.

12:50

Rusiyada qəzaya uğrayan helikopterin göyərtəsindəki 22 nəfərin hamısı həlak olub.

Xezerxeber.az  xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, helikopterin aşkarlanmış qalıqları qəza nəticəsində sağ qalanların olmadığını söyləməyə əsas verir.

Qeyd edək ki, göyərtəsində 22 nəfər olan "Mi-8" helikopteri avqsutun 31-də Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib.

Məlumata görə, helikopterdə 3 ekipaj üzvü, 19 turist olub.

Rusiya Futbol İttifaqının maliyyə direktoru Arseniy Zamyatinin də helikopterdə turistlər arasında olduğu bildirilir.

12:03

Rusiyanın Kamçatka vilayətində avqustun 31-də radardan itmiş helikopterin qalıqları tapılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Helikopterin qəzaya uğradığı açıqlanıb.

Qeyd edək ki, göyərtəsində 22 nəfər (üç ekipaj üzvü və 19 sərnişin) olan Mi-8 helikopteri Kamçatkada Vaçkajets vulkanı yaxınlığında radarlardan itib.

Xəbər lenti