Xəzər Xəbər

UNİCEF meymunçiçəyinə qarşı vaksinlə bağlı tender elan edib

Dünya | 08:50 • 1 Sentyabr 2024
UNİCEF meymunçiçəyinə qarşı vaksinlə bağlı tender elan edib

UNİCEF meymunçiçəyinə qarşı vaksinlə bağlı təcili tender elan edib.

Xezerxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, tender Ümumdünya Səhiyyə Təşkilatı və Afrika Xəstəliklərə Nəzarət Mərkəzi ilə birgə elan edilib. Bildirilir ki, kasıb ölkələrə kömək məqsədi ilə 2025-ci il üçün 12 milyon doza vaksin alınması nəzərdə tutulur.

ÜST-nin məlumatına görə, meymunçiçəyi virusu ilə bağlı ən ağır vəziyyət Konqo, Burundi, Ruanda və Uqandadadır.

Xəbər lenti