Xəzər Xəbər

Kreml Ukraynanın Kurskdakı addımların cavabsız qalmayacağını DEYİB

Dünya | 14:45 • 26 Avqust 2024
Kreml Ukraynanın Kurskdakı addımların cavabsız qalmayacağını

Ukrayna Silahlı Qüvvələrinin (SQ) Kursk vilayətindəki addımları cavabsız qalmayacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Söhbət ayrı bir qərardan getmir. Təbii ki, bu cür düşmənçilik addımları müvafiq cavabsız qala bilməz. Cavab mütləq olacaq”, - o vurğulayıb.

Öz növbəsində, Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov bildirib ki, bu gün Rusiya Silahlı Qüvvələrinin Ukraynanın enerji infrastrukturuna endirdiyi zərbə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində irəliləməsinə cavabdır.

Xəbər lenti