Xəzər Xəbər

Zelenski Ukraynanın müharibəni diplomatik yolla bitirmək üçün hər şeyi edəcəyini DEYİB

Dünya | 18:34 • 24 Avqust 2024
Zelenski Ukraynanın müharibəni diplomatik yolla bitirmək üçün hər şeyi edəcəyini

Ukrayna Rusiyanı müharibəni diplomatik yolla bitirməyə məcbur etmək, insan və vaxt itkisinin daha az olması üçün hər şeyi edəcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Polşa Prezidenti Anjey Duda və Litvanın Baş naziri İnqrida Simonyte ilə birgə mətbuat konfransında deyib.

“Ukraynanın bu gün atdığı və atacağı çoxlu addımlar var ki, müharibənin sonu yalnız ölkənin ərazi bütövlüyünün bərpası və Rusiya Federasiyasının təkrar təcavüzünün qarşısının alınması ilə baş verə bilər”, - Zelenski vurğulayıb.

 

Xəbər lenti